13 Aprel 19:01
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

Teleqraf.com xəbər verir ki, Sor-Sor kəndində “Mercedes” markalı iki avtomobillə “Ford” markalı yük maşını toqquşub. Nəticədə “Mersedes”lərdən birinin sürücüsü, İmişli rayon Telişli kənd sakini, 70 yaşlı Mövsümov Əliəşrəf Rüstəm oğlu hadisə yerindəcə dünyasını dəyişib, onun sərnişini, 58 yaşlı Manafova Arifə İsa qızı ağır xəsarətlər alıb.

Qəza zamanı həmçinin digər “Mercedes”də olan sərnişin, Ağcabədi rayon sakini, 66 yaşlı Tağıyeva Anya Qaraxan qızı da ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.


Müəllif: Mənbə/Report