Qəbələ rayonunun Böyük Əmili kəndində ümumi sahəsi 136 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan iki ton ot bağlaması yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.