Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.
Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Sadiq Mirzəyev azyaşlı oğlu Adəmlə birlikdə "Tik-tok" sosial şəbəkəsində canlı yayıma çıxır, azyaşlının hərəkətlərinə uyğun olmayan videolar nümayiş etdirirdi.