Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, Hunanlar kəndində avtomobillə Kür çayında batanlardan birinin meyiti tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb. Onun kimliyi dəqiqləşdirilir.
Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.