Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, toy mərasiminə qonaq qismində qatılan 1968-ci il təvəllüdlü Rafael Əsgərovun vəziyyəti anidən pisləşib.
Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.