1 İyul 10:18
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ata ölüb, övladı isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə İmişli şəhər Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Quliyev Xəlil Akif oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hasara çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Quliyev Akif isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com