3 İyul 15:15
2 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 4 azyaşlı uşaq küçəyə atılıb. Uşaqların anası tərəfindən tərk edildiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaqlar 3 gün öncə 23-cü Polis Bölməsi tərəfindən aşkarlanıb: “Tibbi müayinə məqsədi ilə uşaqlar Qarayev adına xəstəxanaya yerləşdirilib. Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirilib. Onların üçü təxminən 14, 5, 4 yaşlarındadır, ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib...”

Böyük qız əvvəllər Mingəçevirdə yaşadığını, anasının adının Günay, atasının Asim, nənəsinin Nəcibə, özünün isə Günəş olduğunu bildirib.

Uşaqların heç bir sənədinin olmadığı, daha əvvəl Xırdalanda yaşadıqları ehtimal olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər