7 İyul 18:36
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər