ABŞ-də təhlükəsizlik yoxlamasından keçən “Boeing” sərnişin təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, Los-Anceles Beynəlxalq Hava Limanından qalxarkən "United Airlines"a məxsus "Boeing 757-200" sərnişin təyyarəsinin təkərlərindən biri qopub.
Təyyarə uçuşunu başa vuraraq təhlükəsiz eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb.
Digər tərəfdən, ötən mart ayında United Airlines-ə məxsus Boeing 777 tipli sərnişin təyyarəsi San Fransisko Beynəlxalq Hava Limanından Yaponiyaya getmək üçün qalxarkən təkəri qoparaq dayanacaqda olan bir neçə avtomobilə ziyan vurmuşdu.