Avstraliya ordusunda xidmət edən ər və arvad Rusiyaya casusluqda ittiham edilirlər.
Teleqraf.com xəbər verir ki, rəsmi qurumlar əsgər Kira Korolev və əri İqor Korolevin Rusiyaya casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, Avstraliya ordusunda informasiya sistemləri üzrə texnik vəzifəsində çalışan Kira Korolev hərbi müdafiə məlumatlarına daxil olub və bu məlumatları Rusiyaya ötürüb.