Gəncəçay çayında qadın meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F. Əmiraslanovadır.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı meyitin üzərində zorakılıq izləri aşkarlanmayıb.
Qadının Gəncə şəhərində dilənçilik etdiyi, iki gün öncə yağan güclü yağışlar nəticəsində Gəncəçay çayında suyun səviyyəsinin artması nəticəsində çaya düşərək boğulduğu ehtimal edilir.
Meyit müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.