Göyçay şəhər sakini ona məxsus minik avtomobilinin yaşadığı evin qarşısından qaçırılması barədə polisə məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rəşad Abdullayev saxlanılıb. Qaçırdığı avtomobil isə rayon ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.