12 Avqust 07:38
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.

Teleqraf.com xəbər verir ki, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər