24 Avqust 00:21
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə "KamAZ" və minik avtomobili toqquşub.

Teleqraf.com "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə VAZ markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, "KamAZ" markalı avtomobil hərbi yük maşınıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər