2 Sentyabr 10:49
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.

Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.

Qeyd edilib ki, 40 yaşlı Ü.Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl V.Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.

Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ü.Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.

***

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1964-cü il təvəllüdlü Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Müəllif: Mənbə/Qafqazinfo

Oxşar xəbərlər