16:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Teleqraf.com xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:12

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində istehsalat müəssisəsi yanır.

Teleqraf.com xəbər verir əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.

Yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər