Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yataq otağında 1 ədəd dolab və yataq dəsti 7 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.