Tovuzun Abulbəyli kəndində dəm qazından zəhərlənmə hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, 1982-ci il təvəllüdlü Ülviyyə İsmayılova və 13 yaşlı oğlu zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ana və oğlunun evdə dəm qazından zəhərləndiyi bildirilir.