21 Oktyabr 09:45
210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən 5 obyektdən oğurluq edən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Hadisə zamanı dəstə üzvləri tərəfindən əldə keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov