21 Oktyabr 19:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 18:00-a olan faktiki hava açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Şahbuz, Ordubad, Gədəbəy, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan, Gədəbəydə isə sulu qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.


Müəllif: Teleqraf.com