Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Əmrah Əmrahov və Bəxtiyar Bağırov saxlanılıblar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Onlardan ümumilikdə 8 kiloqramdan artıq marixuana və heroin aşkarlanıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Qubada polis əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 12 nəfər saxlanılıb.