18:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Örebro şəhərində məktəbdə atışma nəticəsində 11 nəfərin həlak olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Örebro şəhərinin polis rəisi Roberto Eid Forest məlumat verib.

Bu arada “Aftonbaldet” qəzeti hücum edənin 35 yaşlı İsveç vətəndaşı olduğunu və psixoloji pozuntu yaşadığını yazıb.

Məlumatda, həmçinin qeyd olunub ki, sözügedən şəxsin silah vəsiqəsi olub və ötən il soyadını dəyişib. Yerli mətbuatda yer alan digər xəbərlərdə isə ölənlərin sayının arta biləcəyi və ən azı 5 nəfərin ağır yaralandığı bildirilir.

Hücumun İsveçdə yaşayan mühacirləri hədəf aldığına dair şərhlər də edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər