12:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşları əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlayıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər