10:05
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Il Fəxri xiyabanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın məzarı ziyarət olunub.

Teleqraf.com xəbər verir ki, ziyarətdə AZAL-ın prezidenti Samir Rzayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hökumə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub, xatirəsi anılıb.

Xatırladaq ki, bu gün qəzada həlak olanların dəfnindən 40 gün keçir.


Müəllif: Məryəm Surxay

Oxşar xəbərlər