12:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda “feyk-nyus”la mübarizə üçün Britaniya standartının yer alacağı qanunvericilik təşəbbüsü hazırlanır.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, saxta xəbərlərlə mübarizəni müasir demokratiyaların əsas vəzifəsi adlandırıb.

“Feyk nyus” müasir dünyada çağırışdır. Bu cür xəbərlərin necə zərərli effekt verdiyini Gürcüstanda görürük. Biz saxta xəbərlərə qarşı mübarizə aparmalıyıq. Burada yeni bir şey icad etməyəcəyik. Biz Britaniya standartını tətbiq edəcəyik. Bu standartla bağlı hər hansı sualınız varsa, Böyük Britaniya və ya onun Gürcüstandakı səfirliyi ilə əlaqə saxlayın. Yaxud tənqidi fikriniz varsa, Britaniyanı və onun səfirliyini tənqid edə bilərsiniz”, - spiker söyləyib.

Parlament sədri qeyd edib ki, yeni qanunla söz azadlığının məhdudlaşdırılacağı ilə bağlı spekulyasiyalar yolverilməzdir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər