20:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya özünün ərazi bütövlüyü və ya Belarusun suverenliyinə təhlükə yaranacağı təqdirdə, nüvə silahından istifadə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ratifikasiya üçün Dövlət Dumasına təqdim etdiyi "İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında Belarusla saziş" sənədində deyilir.

Müqaviləyə əsasən, ölkə nüvə silahından Rusiya və ya Belarusa qarşı kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq, kritik təhlükə yaradan adi silahlardan istifadə edən tərəflərdən hər hansı birinə qarşı istifadə edilə bilər.

Bundan əlavə, ittifaq dövlətinin iştirakçısına silahlı hücum bütövlükdə ittifaq dövlətinə qarşı təcavüz aktı kimi qiymətləndirilir və sərəncamda olan bütün qüvvə və vasitələrdən istifadə etməklə, müvafiq cavab tədbirləri görüləcək. Xüsusilə, ölkələrdən birinə təcavüz edildikdə, ittifaq dövlətinin ikinci ölkəsi rəsmi müraciətdən sonra prezidentlərin razılığı ilə zəruri hərbi, hərbi-texniki və digər yardımları dərhal həyata keçirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər