15:30
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.02.2025-ci il tarixində saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

14:52

"Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb, lakin təcili yardım gələnədək şagird vəfat edib".

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib. İlkin ehtimala əsasən, şagird bir müddət əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.


Müəllif: Şəbnəm Zahir, Məryəm Surxay

Oxşar xəbərlər