15:51
201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli plastik cərrah kimi tanınan həkim Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən danışıb.

Vəkil Teleqraf.com-a açıqlamasında deyib ki, bir illik hüquqi mübarizə öz həllini tapıb.

"Biz bu məsələ ilə bağlı 2024-cü ilin əvvəlindən Səhiyyə Nazirliyinə müraciət etdik. Səhiyyə Nazirliyinə müraciət əsasında məlum oldu ki, Sevinc Heydərovanın ixtisası əvvəl nevropatoloq olub, sonradan ixtisasını dəyişdirib. İxtisasını dəyişərkən əsas göstərib ki, guya Sevinc Heydərova Türkiyədə "Bağcılar Eğitim ve Araştırma Hastanesi"ndə 2019-cu ildə təhsil alıb və orada çalışıb. Biz bu faktlar əsasında həmin xəstəxanaya soğru göndərdik. Xəstəxanadan bildirdilər ki, Sevinc Heydərova həmin müddətdə sadəcə bir-iki günlük cərrahiyyə kurslarında iştirak edib. Üç-altı ay nə təhsil alıb, nə də praktiki fəaliyyətlə məşğul olub. Biz sənədləri Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə və Türkiyədə müvafiq quruma təqdim etdik.

Çünki ortada saxta sənəd məsələsi vardır və sənədlərin professor Məhmət Bozkurt tərəfindən verildiyi iddia edilmişdi. Amma Məhmət Bozkurt bildirdi ki, Sevinc Heydərovaya sertifikat verməyib və sənədlər ona aid deyil. Sonradan məlum oldu ki, Sevinc Heydərovanın ixtisas dəyişimi qanunsuz şəkildə aparılıb. Beləliklə, bu gün Sevinc Heydərovanın lisenziyası ləğv edildi", - deyə vəkil bildirib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə uğursuz göz əməliyyatına görə Sevinc Heydərovanı məhkəməyə verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər