11:18
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdakı aylarda Rusiya lideri Vladimir Putin Belarusu Ukraynaya qarşı müharibəyə çəkmək üçün bu ölkəyə qoşun yeridəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident Belarus ərazisindən Ukraynaya müdaxilə olub-olmayacağını bilmədiyini də qeyd edib.

“Bəlkə də növbəti hədəf Polşa, ya da Baltikyanı ölkələr olacaq. Bir çox avropalılar, bəlkə ABŞ-də də deyəcəklər ki, bununla biz Polşa, Litva və digər Baltikyanı tərəfdaşlarımızı (Estoniya və Latviyanı) qorxuduruq. Amma vəziyyət ciddidir”, - Zelenski vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər