17:28
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Amerika və İsrailin İrana hərbi zərbələr endirəcəyi ilə bağlı iddiaları təkzib edərək, Tehranla razılaşmaq istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.

“Mən İranın böyük və uğurlu, amma nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm. ABŞ-nin İsraillə birgə İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir. Mən İranın sülh yolu ilə böyüməsinə və çiçəklənməsinə imkan verəcək təsdiqlənmiş nüvə sülh sazişinə üstünlük verərdim.

Biz dərhal bunun üzərində işə başlamalıyıq, imzalandıqdan və tamamlandıqdan sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik. Allah Yaxın Şərqi qorusun”, - Tramp bildirib.

ABŞ prezidentinin hansı iddialara istinad edərək belə yazdığı bəlli deyil.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl İrana qarşı maksimum təzyiq səylərini bərpa edən fərman imzalayıb. Bu addım Trampın ilk prezidentlik dövründə tətbiq etdiyi İranla bağlı sərt siyasətini bərpa edir. Tehran bu gün bəyan edib ki, bu siyasət uğursuz olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər