10:11
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini tolerantlıq Cənubi Qafqaz regionunun sabitliyi üçün vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Vaşinqtonda keçirilən Dini Etiqad Azadlığı Sammitindəki çıxışında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Regional münasibətlər baxımından dörd qonşu ölkədən üçündə - Azərbaycan, Türkiyə və İranda əhalinin əksəriyyəti müsəlmandır. Digər qonşumuz olan Gürcüstanda isə əsasən xristianlar, böyük müsəlman icması var. Bu, dini tolerantlığın regionumuzun sabitliyi üçün nə qədər vacib olduğunu göstərir.

Xoşbəxtlikdən, siyasi və etnik fərqliliklərə baxmayaraq, regionda yaxşı dini dözümlülük və hörmət ənənəsi var və bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyi daha real edir. Biz regional mübahisələrimizi regional dialoqa çevirəcəyimizə ümid edirik və dini azadlıq bunu reallaşdıra biləcək vasitələrdən biridir”, - baş nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər