11:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakının mərkəzində müxtəlif ünvanlardan 3 nəfərin meyiti tapılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisələrin hamısı paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, dünən saat 13 radələrində 1974-cü il təvəllüdlü F.Abbasovun meyiti yaşadığı Novruzov Qardaşları küçəsindəki evdən tapılıb.

1968-ci il təvəllüdlü T.Əhmədovun meyiti isə Salatın Əsgərova küçəsində səkidə aşkarlanıb. Onun səfil həyat tərzi sürməsi və küçədə gecələməsi məlum olub.

Bundan başqa dünən saat 20 radələrində 1932-ci il təvəllüdlü S.Medvedyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Bülbül prospekti ev 21 ünvanındakı mənzilində tapılıb.

Qeydə alınmış faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər