Martın 5-6-da Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.
İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, tədbirlərdə Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə olan təhdidlər, Avropa institutları və insan haqları, miqrant diasporların demokratikləşmə prosesində iştirakı və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.
Nemət