13 Mart 2015 17:03
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev qurumun komitə iclaslarında iştirak etmək üçün martın 15-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında Belarusda vəziyyət, Suriyadakı savaşda əcnəbi döyüşçülərin iştirakı, Ukraynadakı böhranın siyasi nəticələri kimi aktual mövzular gündəmdə olacaq. Təşkilati məsələlərə baxılacaq.

Qurumun Monitorinq komitəsində isə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq. Həmçinin komitədə Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr keçiriləcək.

Səfər martın 18-də başa çatacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər