Əhməd Oruc: “20 ildən çoxdur hoqqabazlıq edirlər”
“Azadlıq-2015" Seçki Bloku növbəti toplantısını keçirib. Toplantıda bir sıra dairələr üzrə namizədlər müəyyən edilib. Ancaq bu, bütün namizədlərin müəyyən edilməsi mənasını daşımır. Siyasi partiyalara deyilib ki, dairələr üzrə irəli sürəcəkləri namizədləri müəyyən edərək Seçki Qərargahına təqdim etsinlər. Bundan sonra problem olan dairələrlə bağlı müzakirə aparıb qərar vermək mümkün olacaq”.
Bunu Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, “Azadlıq-2015" Seçki Blokundan hansısa partiyanın çıxmasına dair informasiya doğru deyil: ”Ola bilsin ki, hansısa partiya nümayəndəsi obyektiv səbəblərdən toplantıya qatılmasın. Ancaq bu, o demək deyil ki, həmin partiya blokdan çıxıb. Əksinə, iclasa partiya sədri qatılmayanda nümayəndəsini göndərir".
“Azadlıq-2015" Seçki Blokunun nümayəndəsi Milli Şuranın mitinqi ilə bağlı da danışıb. Deyib ki, Milli Şuranın keçirmək istədiyi mitinqlə bağlı blokda müzakirə aparılmayıb. Onun sözlərinə görə, müzakirə aparılmadığı üçün hər hansı bir qərar da yoxdur: ”Ancaq hesab edirəm ki, Milli Şuranın fəaliyyəti, bəzi yanaşmaları müxalifət düşərgəsinin ziyanınadır. Milli Şura deyilən qurum müxalifətdə parçalanmaya xidmət edən addımlar atır. Elan edir ki, müxalifət ancaq Milli Şuradır, ondan kənar müxalifət yoxdur, keçirdiyimiz tədbirlərə heç kimi dəvət etmirik və s. Bu, faktiki olaraq müxalifətin parçalanması siyasətidir".
Əhməd Oruc AXCP sərinin müavini Fuad Qəhrəmanlının “Milli Şuradan və AXCP-dən savayı müxalifət yoxdur” bəyanatına da kəskin reaksiya verib: “Buna ciddi yanaşmaq lazım deyil. Bu adam dozası yüksək açıqlamalar verir, ancaq sözlərinin arxasında durmur.
CAVİDAN