Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qarsın çox dəyişdiyini deyən dövlət başçısı dincəlmək üçün Yusufpaşa məhəlləsində yerləşən Cheltikov Hotelinə gedib.
Qeyd edək ki, prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə bu gün Trans-Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) ilk təməlqoyma mərasimində iştirak edəcək. İki milyard dollarlıq TANAP layihəsi reallaşarsa, 2018-ci ildən sonra Azərbaycan Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kub metr qaz ötürəcək. Bununla da, Türkiyənin təbii qaz ehtiyatında Azərbaycanın payı 9%-dən 15%-ə qədər artacaq.