Müsavat Partiyasının başqan müavini Elman Fəttah partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlini hədələyib.
Teleqraf.com xəbər verir ki, bu barədə E.Məmmədli özünün Facebook səhifəsində yazıb. O qeyd edib ki, müsavatçılara aid qapalı qrupların birində Müsavat başqanı Arif Hacılının müavini Elman Fəttah onu hədələyib: “Elman Fəttah mənə hədə gəldi. O yazıb: “Antimüsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada xanım bundan nəticə çıxarmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri istefa verəcəklər, digərləri haqda müvafiq strukturlar partiyadan xaric olunmaları məsələsinə baxacaq”.
E.Məmmədli isə deyib ki, Elman Fəttah onunla bağlı səsləndirdiyi ittihamı sübuta yetirməzsə, özü müvafiq strukturlara müraciət edəcək.
Qeyd edək ki, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı da müsavatçılar qarşısında şərt qoyub. O söyləyib ki, müsavatçılar ADR-də ya da Müsavatda qalmalıdırlar.
Nərgiz