30 Mart 2015 16:37
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları olimpiada səviyyəsində olan bir idman yarışıdır. Bu da Avropanın 47 ölkəsindən yalnız Azərbaycana etibar olunub. Azərbaycan Avropa səviyyəli böyük tədbirə ev sahibliyi edəcək”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu oyunların ölkəmizdə keçirilməsi bir çoxlarını narahat edir. Onun sözlərinə görə, Azərbaycanın uğurlarına sevinməyənlər ən müxtəlif üsullara əl atırlar, qarayaxma kampaniyasına başlayıblar.

“Əvvəla, mən əlbəttə mümkün istiqamətdə bunlara fikir verilməsinin tərəfdarı deyiləm. Lakin belə qarayaxmalar, kampaniyalar da cavabsız qalmamalıdır. Bunların arxasında kimin, hansı qüvvənin durduğu bizə gün kimi aydındır. Burada bilavasitə Ermənistan və erməni lobbiçilərinin maliyyə dəstəyi var. Ona görə də, biz buna təbii baxmalıyıq. Azərbaycan bütün bu çətinliklərə, hazırda bölgədə baş verən hadisələrə baxmayaraq, sözügedən yarışlara yüksək səviyyədə ev sahibliyi edəcək. Bu yarışların da keçirilməsi Azərbaycana çox böyük inam və etimad gətirəcək”, – deyə A.Quliyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər