2 Aprel 2015 12:32
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kəlbəcərin erməni silahlıları tərəfindən işğal olunmasından 22 il ötür. Həmin dövrdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı olan Rafiq Həsənov rayonun işğal olunmasının səbəbləri barədə fikirlərini ötən il Teleqraf.com-a bölüşmüşdü. Rafiq bəyin Kəlbəcərib boşaldılmasına dair səsləndirdiyi fikirlərin aktuallığını nəzərə alıb yenidən oxucularımıza təqdim edirik.

- Mənə o vaxt dövlət müşaviri olmuş Arif Hacılı zəng edib dedi ki, Yevlax aerodromundakı vertolyot Kəlbəcərə getmək istəmirlər. Get, məsələni həll et. Mən aerodroma gedəndə pilotlar kefsiz halda oturmuşdular. Dedilər ki, vertolyotlarımızı vurular, pilotlarımız həlak olur. Kəlbəcər getmək, həyatlarını risqə atmaq istəmirdilər. Bildirdim ki, sizdə məgər qeyrət, vətənpərvərlik hissi yoxdur? Heyf ki, vertolyot sürə bilmirəm, yoxsa özüm gedərdim. Kim mənimlə Kəlbəcərə getmək istəyirsə bir addım qabağa çıxsın. Bir nəfər qabağa çıxdı və razılığını ifadə etdi. Biz Kəlbəcərə gedəndə orada heç kim yox idi. Rayon müdafiəsiz halda buraxılmışdı. Kəlbəcərdən Yevlaxa qayıdanda bizim vertolyot vurdular. Helikopterimiz Tərtərçayın yaxınlığına düşdü. Kəlbəcər başdan-ayağa dağlıq, qayalıqdır. Kiçik bir yerdə qumsallıq vardı. Xöşbəxtlikdən biz həmin qumsallığa düşdük. Həmin vaxt Kəlbəcərdə əsgər olmuş bir nəfər sonradan "Boz qurd" qəzetindəki yazısında bildirirdi ki, bizim olduğumuz vertolyotun quyruğundakı pəli Surət Hüseynovun adamları vurublar. Xəyanət var idi. Qəzada iki nəfər ölmüşdü. Yaxınları onları orada dəfn etdilər. Bizdən sonra 11 vertalyot işləməyə başladı. Camaatı rayondan çıxardılar.

- Qeyd etdiniz ki, Kəlbəcərə gedəndə orada heç kimi görmədiniz. Yəni rayonun müdafiəsi zəif idi. Belə çıxır ki, ermənilər Kəlbəcəri müqavimətsiz işğal ediblər. Bəs bunun məsuliyyətini kim daşıyırdı?
- Sözsüz ki, məsuliyyəti cəbhə hakimiyyəti daşıyırdı. Düşmən də zəif deyildi. Kəlbəcərin işğalı bizim hakimiyyətin sonunu yaxınlaşdırdı. Hakimiyyət ondan ötrüdür ki, ölkənin ərazi bütövlüyünü qorusun. Qoruya bilmədiyimiz üçün yıxıldıq və müxalifətə keçdik. Ola bilsin ki, texnikamız, səriştəmiz az idi, amma vətənpərvər idik. Tək vətənpərvər olmaq kifayət deyildi.

- Kəlbəcərin işğal olunmasında Sürət Hüseynovun nə kimi rolu oldu?
- O, tamamilə bizim əleyhimizə işləyirdi. Milliz azadlıq hərəkatında olan insanlara qarşı mübarizə aparırdılar. Hakimiyyətə gəlmək istəyirdilər. Amma etiraf edirəm ki, səriştəsizliyimiz də var idi. Axı biz belə ekstremal stiuasiya görməmişdik. Birdən-birə gəlib vəzifədə oturmuşduq. Hələ mən bir qədər icra komitəsində işləmişdim, az-çox səriştəm var idi. Amma elələri vardı ki, müəllimlikdən vəzifəyə gəlmişdi. Sürət Hüseynovun dağıdıcılıq fəaliyyəti Qarabağın işğalını sürətləndirdi.

- Səhv etmirəmsə, Sürət Hüseynovun adamları sizi girov götürmüşdülər. Bu barədə danışardız.
- Kəlbəcər işğal olunandan sonra bizə qarşı daxili mübarizə daha da gücləndi. Məqsədləri bizi hakimiyyətdən qovmaq idi. İyunun 12-də Sürət Hüseynovun adamları məni Gəncəyə girov apardılar. Məni Gəncədə 1 ay girov saxladılar. Bakıdan Yevlaxa adamlar təyin etmişdilər ki, rayonu qorusunlar. Onların arasında xainlər var idi. Sürətin adamları Yevlaxa girəndə Bakıdan gələn adamlar onlara müqavimət göstərmədilər. Onlar heç gözə dəymədilər. Sürətin dəstəsindəki hərbçilər məni tanıyırdılar. Toğananın azad olunmasında birlikdə iştirak etmişik. Şuşada olmuşam, cəbhəyə əsgərlər aparmışam. 1 aydan sonra müəyyən şəxslərin xahişlərindən sonra məniz azad elədilər. Yevlaxda icra başçısının səlahiyyətlərini icra edən şəxs xidməti maşının və kabinetin açarını mənə verib dedi ki, sənin yerinə keçməyə heç kəsin haqqı yoxdur. Amma mən imtina etdim. Prezident Aparatında Rövşən Ağayev adlı kurator var idi. O, mənə bildirdi ki, Lalə Şövkət sənin işini araşdırıb, fəaliyyətin təmizdir, bizimlə işləyə bilərsən. Yenə də mən vəzifə təklifini qəbul etmədim.


Müəllif:

Oxşar xəbərlər