Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının seminarında iştirak etmək üçün bu gün Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, seminar beynəlxalq idman yarışlarında iştirak edən atletlərin viza ilə təmin olunması məsələsinə həsr olunub. Tədbirdə idmançılar üçün viza prosedurunun asanlaşdırılması, Şengen zonası ölkələrində tətbiq olunan viza qaydaları ilə bağlı müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq. Səfər aprelin 9-da başa çatacaq.
Nemət