“Serj Sərkisyan hakimiyyətdə olduğu illər ərzində erməni xalqına böyük zərbələr vurub”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, artıq xarici ölkələrin ictimai və siyasi həyatında aktiv mövqeyə malik olan erməni diaspor birlikləri Sərkisyanı qəbul etmirlər. Onun sözlərinə görə, bu isə öz-özlüyündə dövlətlə diaspor təşkilatları arasında ciddi böhran vəziyyəti yaradır.
“Diaspor təşkilatlarının təmsilçiləri Sərkisyan rejiminin əleyhinə çox kəskin bəyanatlar səsləndirirlər. Bütün bu hadisələr saxta erməni soyqırımının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə də özünü büruzə verəcək. Yəni, vahid mərkəzdən idarə olunan tədbirlərdən danışmaq mümkün olmayacaq. Çünki Sərkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir”, – deyə deputat qeyd edib.
Səxavət