Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Bakıda keçirilən ABŞ-Azərbaycan hərbçiləri arasında keçirilən konfransın nəticələrinə münasibət bildirib və müdafiə sahəsində bu cür əməkdaşlığın qurulmasını ölkəmizin Avroatlantik məkana inteqrasiyası, hərbi sistemimizin NATO standartlarına uyğunlaşdırılması baxımından xüsusi əhəməyyət kəsb etdiyini qeyd edib.
İdarə Heyəti Roma Papası birinci Franksisin Vatikanda keçirilən mərasim zamanı uydurma “erməni soyqırımı”nı iyirminci əsrin ilk soyqırımı olması barədə verdiyi bəyanata münasibət bildirib və tarixi reallıqları əks etdirməyən, yalnız erməni təəssübkeşliyinə əsaslananan bu cür bəyanatların Papanın barışdırıcı missiyası ilə bir araya sığmadığını və regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini diqqətə çatdırıb və Vatikan başçısını bu bəyanatla bağlı təkzib verməyə çağırıb.
Cavidan