15 Aprel 2015 16:10
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mənzil qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ilə görüşüb.

Görüşdə BAXCP-nin ölkədə, regionda və dünyada baş verən proseslərlə bağlı mövqeyi, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi ilə bağlı yaranmış vəziyyət, ABŞ – Azərbaycan münasibətləri, parlament seçkiləri və digər məsəsələr ətrafında müzakirə aparılıb.

Görüşdə BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli və ABŞ səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Afaq Cavadova da iştirak ediblər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər