21 Aprel 2015 17:18
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in təşkilati məsələlərinə dair xüsusi iclası keçiriləcək

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, Kopenhagen şəhərində qurumun təşkilati məsələlərə həsr olunmuş xüsusi iclası keçiriləcək.

Tədbirdə Büro Katibliyinin fəaliyyəti ilə əlaqədar məsələlərə baxılacaq, eyni zamanda bəzi qətnamə layihələrinin və digər sənədlərin müzakirəsi aparılacaq. Səfər çərçivəsində təşkilatın “Helsinki+40” mövzusunda seminarının keçirilməsi nəzərdə tutulur.

Nemət


Müəllif:

Oxşar xəbərlər