"Türkiyədə ən önəmli tarixlərdən biri 24 aprel - Türkiyənin Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd etməsi olacaq".
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu gün Bakıda keçirilən "Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Səfir 100 il əvvəl Çanaqqalada baş vermiş ölüm-dirim savaşını yad etdiklərini söyləyib: "Bu elə bir an idi ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk əmanətindəki əsgərlərə ölməyi əmr etmişdi. Bu əmri yerinə yetirən türk əsgərləri də azərbaycanlı qardaşlarını hər an yanlarında, onlarla çiyin-çiyinə görüblər. 1918-ci ildə Qafqaz İslam ordusu ilə birlikdə burda olan Anadolu əsgərləri kimi, Azərbaycanlı qardaşlarımız da bu mübarizədə onların yanında olmuş, onlarla birlikdə getdikləri bu yolda şəhidlik zirvəsinədək ucalmışlar. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin anılması münasibəti ilə bir çox önəmli tədbirlər keçirilir. Biz bununla dünyaya sülh mesajı vermək niyyətindəyik”.
Bəxtiyar