23 Aprel 2015 16:26
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkilləri qardaş ölkədə keçiriləcək prezident seçkilərini izləyəcək

Aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan parlamentinin təmsilçiləri seçkilərin gedişini izləmək üçün aprelin 24-dən 29-dək Qazaxıstanın müxtəlif şəhərlərində səfərdə olacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və deputat Ayaz Orucov MDB İcraiyyə Komitəsinin müşahidəçisi qismində, deputatlar Çingiz Qənizadə və Sədaqət Vəliyeva isə TÜRKPA-nın xətti ilə ölkənin paytaxtı Astanada, deputat Rüfət Quliyev və Milli Məclis sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB PA-nın xətti ilə Almatı şəhərində prezident seçkilərini müşahidə edəcəklər.

Azərbaycan parlamentinin nümayəndələri öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

Nemət


Müəllif: