III Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin sabiq prezidenti Abdullah Gül bu gün Fəxri Xiyabanı və Şəhid Xiyabanının ziyarət edib. Şəhidlərin məzarı önünə gül dəstələri qoyan A.Gül daha sonra Osmanlı əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.
Sabiq prezident Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsini hörmətlə yad edib, onların göstərdiyi rəşadətdən danışıb.
Daha sonra mətbuat nümayəndələri ilə foto çəkdirən A.Gül cümə namazını qılmaq üçün Əjdərbəy məscidinə yola düşüb.
Sabiq prezident bu gün Bakıdan Türkiyəyə yola düşəcək.