3 May 2015 23:50
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Binəqədi rayon təşkilatı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının I müavini Vurğun Əyyubu Müsavatdan çıxarılması haqda qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Suraxanı rayon təşkilatının Şura üzvü Rahib Mirələmov məlumat yayıb.

Onun sözlərinə görə, Binəqədi rayon təşkilatının 8-ci özəyinin sədri Sabit Hacılı tərəfindən özəyin iclası çağırılıb, Vurğun Əyyub səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyi barədə xəbərdarlıq etsə də, onun Müsavat sıralarından xaric olunması barədə qərar qəbul edilib.

R.Mirələmov əlavə edib ki, sözügedən özəyin 13 üzvü olsa da, iclasda cəmi 4 nəfər itirak edib: “Üzvlərin çoxu əvvəlcədən Vurğun Əyyubun partiyadan çıxarılması barədə sifariş verildiyini bildiklərinə görə iclasa qatılmayıblar. Yetərsay olmasa da, Sabit Hacılı ağına-bozuna baxmadan belə qərar verib və ağalarının sifarişini yerinə yetirib. Özəyin yetərsay olmayan iclasında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Əliş Əzizov iştirak edib və bu Nizamnamə pozuntularına göz yumub. Çünki o da bilib ki, əmr “yuxarı”dan gəlib. Partiya rəsmilərinə bu məsələyə təcili münasibət bildirmələrini tələb edirik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər