4 May 2015 16:28
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycan nəqliyyat qovşağına çevrilir.

Trend-in məlumatına əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib: "Biz nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırmışıq və hazırda Xəzərdə 25 milyon ton gücündə ən böyük dəniz limanı tikirik. Biz yeddi hava limanı tikmişik, bunlardan beşi beynəlxalq səviyyəlidir".

Dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan-Gürcüstan-Türkiyə dəmiryolunun tikintisi başa çatacaq və bu dəmiryol xətti Avropa ilə Asiyanı birləşdirəcək.

İlham Əliyev qeyd edib ki, yol Azərbaycandan keçəcək və bu, daşımalar üçün ən rahat yol olacaq: "Bu, geosiyasi əhəmiyyətimizi və investisiyalarımızı artıracaq".


Müəllif:

Oxşar xəbərlər