Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli rəhbərliyin idarəçiliyinə etiraz olaraq partiyadan istefa verib.
İ.İbrahimli Teleqraf.com-a bildirib ki, Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, avtoritar üsul-idarəçiliyinə etiraz edərək Müsavat Partiyasından çıxıb.
Qeyd edək ki, Vurğun Əyyub partiya sıralarından çıxarılmasına etiraz olaraq Müsavat Partiyasının tanınmış üzvü Adil Qeybulla da partiyadan istefa verib.